Noyabrın 14-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Yaşıl həftə” layihəsinin 3-cü günündə Azərbaycan Diplomatik Akademiyasında (ADA) “Ətraf mühit məsələlərinin tədrisi diplomatik proqramı” adlı təlim təşkil edilib.
Açıq mühazirə formatında keçirilən təlimdə 300-dən çox gənc iştirak edir.
Təlimdə gənclərə ətraf mühitin qorunması, yaşıl iqtisadiyyat, dövlətlərlə cəmiyyətin görməli olduğu işlər və s. haqqında məlumat verilmişdir.