Tamamlanmış layihələr

"Uşaqlar üçün ekoloji laboratoriya"

Giriş

IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, IDEA və "Sevimli bala" 2015-ci ilin yanvar ayından etibarən 6-11 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan "Uşaqlar üçün ekoloji laboratoriya" adlı birgə layihəyə start vermişdir.

Təsvir və Konsepsiya

Layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir.

IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, IDEA və "Sevimli bala" 2015-ci ilin yanvar ayından etibarən 5-12 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan "Uşaqlar üçün ekoloji laboratoriya" adlı birgə layihəyə start vermişdir.

 

Layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə verməkdən ibarətdir.

 

"Kiçik ekoloqların" ətraf mühitin mühafizəsinə marağını daha da artırmaq və bu prosesi əyləncəli etmək məqsədilə, təlimlərin gedişində laboratoriya tədqiqatları aparılır, müxtəlif bilik yarışmaları və maraqlı oyunlar təşkil olunur, həmçinin kiçik incəsənət nümunələri yaratmaq üçün şərait yaradılır.

 

"Uşaqlar üçün ekoloji laboratoriya" layihəsi çərçivəsində təlimlər IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunur.

 

Təlimlər barədə elanlar mütəmadi olaraq, mətbuatda verilir.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul