"IDEA yaşıl Azərbaycan naminə" layihəsi

11.09.2012

Sentyabrın 10-da "IDEA yaşıl Azərbaycan naminə" layihəsində iştirak edəcək könüllülərin ətraf mühit məsələləri ilə bağlı biliklərinin inkişaf etdirilməsi məqsədilə IDEA kampaniyasının Resurs Mərkəzində xüsusi təlimlərə start verilib.

Layihədə iştirak etmək üçün müraciət edən 100-dən artıq könüllü gəncdən yalnız 20 nəfər iştirak hüququ qazanıb.

Könüllülər üçün təşkil olunan təlimlər, əsasən, bölgələrdə keçiriləcək təqdimatlara tam hazırlıqlı olmaq məqsədilə keçirilir. Xaricdə təhsil almış ekspertlər tərəfindən keçirilən təlimlər zamanı komanda şəklində işləmə, təqdimat hazırlama və bir sıra digər nəzəri biliklər, o cümlədən "Su", "Meşə" və "Tullantıların idarə olunması" mövzularında məlumatlar tədris ediləcək.

Qeyd edək ki, "IDEA yaşıl Azərbaycan naminə" layihəsi çərçivəsində Azərbaycanın 20 rayon və şəhərində təhsil alan məktəblilər üçün ekoloji təlimlərin keçirilməsi nəzərdə tutulub. Layihənin fəaliyyət dövrü bu ilin sentyabr və oktyabr aylarını əhatə edir.