Yaz əkin mövsümü ilə əlaqədar, IDEA İctimai Birliyi Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə birgə paytaxt ərazisində yaşıllıqların artırılması və keyfiyyətinin yaxşılaşdırılması proqramı çərçivəsində davamlı ağacəkmə aksiyalarına başlamışdır.
Aksiyalar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən təhlükəli hesab edilərək kəsilməsi haqqında rəy verilmiş və ya artıq kəsilmiş qovaq…
Son dövrlərdə iqlim dəyişikliyi və qlobal istiləşmənin ciddi beynəlxalq təhlükəyə çevrilməsi fonunda yaşından asılı olmayaraq, hər bir şəxsin ətraf mühitin keşiyində durması artıq zərurətə çevrilmişdir. Məlumdur ki, ekoloji problemlər sərhəd tanımır və heç bir dövlət iqlim dəyişikliyinin fəsadlarından sığortalanmayıb. Aparıcı beynəlxalq mütəxəssislərin qənaətinə görə iqlim dəyişikliyinin mənfi təsirlərinin azaldılması və ona uyğunlaşmanın əsas amillərindən biri ekoloji maarifləndirmənin artırılmasıdır.…
Gənclərin ekoloji məsələlərə cəlb edilməsi və onların ətraf mühitin mühafizəsinə töhfə vermələri, ekoloji problemlərlə mübarizəyə qoşulmaları naminə irimiqyaslı layihələr həyata keçirən IDEA İctimai Birliyi “Yaşıl söhbət klubu” (Green Conversation Club) layihəsi çərçivəsində görüşlərə davam edir.
Adətən 1 saatdan çox davam edən Klubda gənclər ətraf mühitlə bağlı qısa videoçarxlar izləyərək təəssüratlarını bölüşür, ekoloji mövzularda aparılan söhbətlərdə…
IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar təşkil edir.
IDEA-nın təhsil proqramı ətraf mühit üzrə təhsil alan və bu sahədə fəaliyyət göstərən…
IDEA İctimai Birliyi və "Sevimli bala" təşkilatı arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində, IDEA və "Sevimli bala" 2015-ci ilin yanvar ayından etibarən 5-12 yaşlı uşaqlar üçün ətraf mühit üzrə maarifləndirmə xarakterli silsilə tədbirlərdən ibarət olan "Uşaqlar üçün ekoloji laboratoriya" adlı birgə layihəyə start vermişdir.
Layihənin məqsədi uşaqların ətraf mühit və təbiəti daha yaxşı dərk etməsinə yardım etmək və gənc nəslin təbiətə qayğı hissləri ilə yetişməsinə töhfə…
“Ağacların kəsilməsinə yox!” birgə proqram Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə başladılıb. Proqram çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.
Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdığı zaman öz şikayətlərini 1113 qaynar xətti vasitəsilə IDEA İB-yə çatdıra və eləcə də öz şikayətlərini və…
IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Respublika səviyyəsində kağız məmulatlarının toplanmasına həsr olunmuş “Hər kağızı bir yarpağa dəyişək” layihəsinə 18 mart tarixindən etibarən start verilmişdir.
Layihənin məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdır. Digər tərəfdən,…
IDEA İctimai Birliyi gəncləri ətraf mühit sahəsində ixtisaslaşmağa və bu sahədə çalışmağa həvəsləndirmək məqsədilə, aprel ayından etibarən “Uğura gedən yol” adlı layihəyə başlamışdır.
Layihə çərçivəsində ekologiya sahəsində təhsil alan və ya bu sahəyə həvəs göstərən gənclərin ətraf mühit və davamlı inkişaf sahələrində peşəkar səviyyədə uğur əldə etmiş şəxslərlə görüşləri təşkil olunur. IDEA İctimai Birliyi bu üsulla gəncləri müasir dünyada nüfuzlu sayılan ətraf mühit…
Xaricdə IDEA İctimai Birliyinin ilk rəsmi filialının əsası 2012-ci ilin aprel ayında Rusiyanın Moskva şəhərində qoyulub. IDEA Moskva ofisinin rolu Rusiyada ekoloji layihələr və maarifləndirici aksiyalar həyata keçirmək, Rusiyanın ətraf mühit sahəsində faəliyyət göstərən QHT-ləri ilə əməkdaşlığı gücləndirməkdən ibarətdir.