"Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!" devizi altında müsabiqə
22.02.2013IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "Təbiətin ən gözəl fotosunu çək, hamımız onu sevək!" devizi altında müsabiqə elan edir.
Azərbaycan təbiətini tanıtmaq, daha da çox sevdirmək və insanlar tərəfindən ətraf mühitə xüsusi diqqət və qayğını artırmaq məqsədilə IDEA kampaniyası Azərbaycanda ilk dəfə olaraq onlayn foto-paylaşma və sosial şəbəkə xidməti olan "Instagram"-da müsabiqə elan edir.
Müsabiqədə "Instagram" vasitəsilə çəkilmiş Azərbaycan təbiəti və təbiət komponentini özündə əks etdirən bütün fotolar iştirak edə bilər.
Bunun üçün "Instagram" istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature "hashtag"-i və "@idea_campaign" tag-i altında 20 Aprel 2013-cü il tarixinə kimi yükləməlidirlər.
Sosial şəbəkə istifadəçiləri tərəfindən ən çox bəyənilən 3 foto müvafiq olaraq: I yer - iPhone 5; II yer - iPad mini və III yer - iPad 2 mükafatları ilə təltif olunacaqlar.
Nəzərinizə çatdıraq ki, müsabiqədə hər bir iştirakçı tərəfindən yüklənilmiş maksimum 3 fotoşəkil iştirak edəcək.
Çəkilən fotoşəkillərin Azərbaycanda ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgisi"-də də iştirakı üçün fotolar həmçinin [email protected] elektron ünvanına da göndərilməlidir.
Xatırladaq ki, "Instagram" əlavəsi "iOS" və "Android" əməliyyat sistemlərində çalışan mobil qurğular tərəfindən dəstəklənir.