“Arxeologiya, Etnoqrafiya və Ekologiya” mövzusunda düşərgə təşkil edilib
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası, Gənclər və İdman Nazirliyi, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu və “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin birgə təşkilatçılığı ilə “Arxeologiya, Etnoqrafiya və Ekologiya” mövzusunda tələbələr üçün düşərgə təşkil edilib.
10-12 avqust tarixində keçirilən düşərgə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr edilib.
Nəzərinizə çatdıraq ki, düşərgənin 1-ci günü arxeologiyaya həsr olunub və “Ətraf mühit və memarlıq abidələri” mövzusunda keçirilb. Həmçinin günün birinci yarısında İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu ekspertlərinin çıxışı, günün ikinci yarısında isə onların iştirakı ilə “Tarixi abidələrin və yaşayış ərazilərinin qorunmasında gənclərin və gənclər təşkilatlarının iştirakı” mövzusunda disput baş tutub.
Həmçinin düşərgənin 3-cü günü ekspertlərin iştirakı ilə “İctimai təşkilatların rəhbərləri ilə görüş, könüllü fəaliyyət və təşkilatların sosial məsuliyyəti” məzmunlu görüşlər də həyata keçirilib.
Onu da qeyd edək ki, avqustun 13-də ARDNŞ-nin Ekologiya İdarəsi düşərgə iştirakçılarının “Eko-Park”-a səfərini təşkil edib. Həmin gün ərzində “ARDNŞ-nin Ekoloji layihələri” mövzusunda təqdimat keçirilb, “Eko-Park”-la tanışlıq ekskursiyası təşkil edilib, o cümlədən, parkda quraşdırılan külək generatorları, günəş batareyaları və digər texnologiyalar barədə ətraflı məlumat verilib.