Azərbaycanda ilk dəfə olaraq "yaşıl avtobus"-lar regionlara yola salınacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası ölkə miqyasında növbəti ekoloji maarifləndirmə layihəsinə start verir.

24 sentyabr tarixində, saat 12:00-da IDEA beynəlxalq kampaniyası tərəfindən həyata keçirilən “Yaşıl Azərbaycan naminə” layihəsinin iştirakçıları Qız Qalasının yaxınlığında bir araya gələrək rəmzi olaraq xüsusi hazırlanmış “yaşıl avtobus”-ların Azərbaycanın rayon və şəhərlərinə yolasalma mərasimi keçiriləcəkdir. Layihə ərzində Azərbaycanın müxtəlif bölgələrinin və şəhərlərinin orta məktəb şagirdləri üçün maarifləndirici seminarlarda çalışacaq “yaşıl təlimçilər” məhz “yaşıl avtobus”-lar vasitəsilə regionlara çatdırılacaqlar. Onlar könüllü şəkildə təlimçi kimi orta məktəb şagirdləri ilə çalışacaqlar.

Layihənin əsas məqsədi - şagirdləri ekoloji məsələlər haqda maarifləndirmək, onların bu sahə üzrə nəzəri biliklərini gücləndirmək, gələcək fəaliyyətlərində təbiətə dost yanaşmalarını təmin etmək, həmçinin IDEA kampaniyasının regionlarda ətraf mühit sahəsində “yaşıl könüllülər” komandasını inkişaf etdirməkdir.

Qeyd edək ki, ekoloji seminarlar sentyabr - oktyabr aylarında ardıcıl olaraq 20 şəhərdə baş tutacaq