Bakının “Gənclik” parkında Yaponiya hökumətinin Azərbaycana hədiyyə etdiyi sakura ağaclarından ibarət bağ salınıb.

6 mart tarixində Bakının “Gənclik” parkında sakura fidanları ilə ağacəkmə həyata keçirilmiş, səfirliyin müşaviri Takeya Yukihiro da aksiyada iştirak etmişdir.
 
Sakura ağaclarının əkilməsi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində baş tutmuş, ağacsalma mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və IDEA İctimai Birliyi (IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva) də iştirak etmişdir.
 
“Gənclik” parkında Azərbaycan və Yaponiya arasında dostluq rəmzi olaraq xatirə lövhəsi də quraşdırılmışdır.