"Bir damcı" kampaniyası
“Bir damcı” kampaniyası çərçivəsində məktəblərdə maarifləndirici təlimlər davam edir.
8-12 may tarixlərində layihə təşkilatçıları Bakı şəhəri 46 və 138 nömrəli tam orta məktəblərə səfər edərək 5-7-ci sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə təqdimatlarla çıxış edib, onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir damcı” kitabı və müxtəlif hədiyyələr təqdim ediblər.
Növbəti görüş "LANDAU School"un 5-ci sinif şagirdləri ilə keçirilib.
Qeyd edək ki, layihənin təşkilatçıları Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Su Ehtiyatları Agentliyidir.