“Bir damcı” kampaniyası çərçivəsində paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərində maarifləndirici təlimlər keçirilir.

Bu məqsədlə layihənin təşkilatçıları olan IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Su Ehtiyatları Agentliyi ümumtəhsil məktəblərinə səfər edərək şagirdlərə sudan qənaətlə istifadənin vacibliyi barədə geniş təqdimatla çıxış edirlər.

Növbəti günlərdə də davam edəcək görüşlər 20 məktəbdə fəaliyyət göstərən ekoklub üzvlərini əhatə edir.