"Eko ev" layihəsində səsvermə mərhələsi başlayıb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin və Day.Az xəbər portalı ilə birgə həyata keçirdiyi "Eko ev" layihəsinin birinci mərhələsi yekunlaşıb.
Fevral ayının 3-dən start götürən layihəyə 20-ə yaxın dizayn işi təqdim edilib.
Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizlərinin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqənin birinci turunun qalibləri idea.day.az saytında keçiriləcək səsvermə yolu ilə seçiləcək. Aprelin 15-dən saat 14:00-dan mayın 10-u saat 14:00-a qədər keçiriləcək səsvermənin yekununda 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə alacaq. İkinci mərhələdə isə ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, birinci və ikinci yerin sahibləri "Paşa İnşaat" MMC-də təcrübə keçmək imkanı əldə edəcək.