Gəncə ASAN xidmət mərkəzində IDEA-nın ekoloji lövhələri quraşdırılıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi Gəncədə yeni açılan ASAN xidmət mərkəzində maarifləndirici lövhələr quraşdırıb. Bu lövhələr gündəlik həyatda insanları ekoloji problemlərə qarşı 10 mübarizə üsulundan istifadə etməyə səsləyir. Bura gündəlik fəaliyyətdə kağıza, suya, elektrik enerjisinə qənaət də daxildir.
ASAN xidmət mərkəzində quraşdırılmış lövhələr Gəncə şəhərinin rəmzlərindən biri hesab olunan Şərq çinarı formasındadır.
Ekoloji maarifləndirməyə xidmət edən layihə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə IDEA İctimai Birliyinin əməkdaşlığı çərçivəsində baş tutub.