IDEA Həştərxanın ekoloji balansının qorunmasına töhvə verir
Həştərxanda çərşənbə günü Azərbaycan və Rusiya Dostluq körpüsünün təntənəli açılış mərasimi olub.
Körpünün açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təşəbbüskarı Leyla Əliyeva iştirak edib.
Mərasimdə, həmçinin Azərbaycan dövləti və Həştərxan vilayət administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Həştərxanın azərbaycanlı icması, şəhər sakinləri iştirak ediblər.
Onun sözlərinə görə, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsidir. Buna görə də Heydər Əliyev Fondu ötən il IDEA adı altında yeni beynəlxalq hərəkat yaradıb.
Leyla Əliyeva körpünün açılış mərasimində nitq söyləyib. O, Həştərxan torpağında səmimi qəbula görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
"Mən bu gün burada ilk dəfə olduğuma və Heydər Əliyev Fondunun Rusiya Federasiyasında həyata keçirdiyi layihələrlə tanış olmaq imkanı əldə etdiyimə görə çox şadam. Mən Həştərxan rəhbərliyinə Sizin tərəfinizdən deyilən səmimi sözlərə görə və Sizin Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında töhfənizə görə təşəkkür etmək istəyirəm", - Leyla Əliyeva deyib.
Son illərdə Azərbaycanın sürətli iqtisadi inkişafından söz açan Leyla Əliyeva Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Onun sözlərinə görə, Fondun fəaliyyətinin əsas istiqamətlərindən biri ətraf mühitin mühafizəsidir. Buna görə də Heydər Əliyev Fondu ötən il IDEA adı altında yeni beynəlxalq hərəkat yaradıb.
"IDEA-nın əsas məqsədi planetimizi mühafizə etmək və gəncləri ekoloji problemlər barədə məlumatlandırmaqdır. IDEA, demək olar, mövcud olduğu bir il ərzində ağacların əkilməsi, quşlar üçün yuvaların qurulması, konfrans, fotosərgi, seminarların keçirilməsi kimi bir çox maraqlı və uğurlu layihələr həyata keçirib. Şəxsən mənim üçün yox olmaq təhlükəsi altında olan heyvanların mühafizəsi çox vacibdir. Buna görə də IDEA Azərbaycanda belə heyvanların böyük "beşliyi"ni müəyyənləşdirib. Bunlar qartal, ayı, canavar, Qafqaz hepardı və ceyrandır. Bildiyim qədərilə Həştərxanda kiçik ququşu da məhv olmaq üzrədir. Bu məqsədlə IDEA cari ilin oktyabrından Həştərxan məktəblərində bu quşun mühafizəsi mövzusunda müsabiqə təşkil etməyi planlaşdırır. Bu müsabiqənin qalibi Azərbaycana səfər etmək və ölkəmizlə tanış olmaq imkanı qazanacaq", - Leyla Əliyeva deyib.