IDEA insanları kimsəsiz heyvanların müdafiəsinə səsləyir
Hər il dünyada 5-7 milyon heyvan kimsəsiz heyvanlar üçün nəzərdə tutulmuş sığınacaqlara yerləşdirilir.
Lakin yenə də hər il 3-4 milyon kimsəsiz it və pişik məhv olur.
Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi yaratmağı özünün əsas məqsədlərindən birinə çevirmiş IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası dünyada bitki və heyvan növlərinin qorunması istiqamətində insanları daha diqqətli olmağa səsləyir.
Azərbaycanda 2009-cu ildən fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin əsas məqsədi də məhz bu yolda yardımçı olmaq və maarifləndirmə işləri aparmaqdır. Heyvanlar üçün olan bu klinika Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA Kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın dəstəyi ilə fəaliyyət göstərir. Buradakı müasir avadanlıqlar və peşəkar personal klinikanı keçmiş postsovet məkanında öz unikallığı ilə fərqləndirir.