IDEA kampaniyası "Earth Hour Azerbaijan" ilə birgə "Yer Saatı" aksiyası keçirib
IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası "Eart Hour Azerbaijan" ilə birgə "Yer Saatı" aksiyası keçirib.
Məlumdur ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır. Bu proseslərin təsiri nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.
Qeyd edək ki, Yer saatı Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılan və diqqətin iqlim dəyişilkiyi, ətraf-mühitin qorunmasına yönələn kampaniyadır. Hər ilin mart ayının son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edərək simvolik olaraq elektrik enerjisindən istifadəni bir saat müddətində dayandırırlar. Həmçinin, aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması "Yer saatı" müddətində dayandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA kampaniyasının əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemi olduğu üçün, iqlim dəyişikliyi ilə mübarizə naminə keçirilən istənilən həm yerli, həm də xarici aksiyalara kampaniya hər zaman öz dəstəyini göstərməkdədir.
Bununla əlaqədar olaraq IDEA kampaniyası - "Earth Hour Azərbaycan"ın əməkdaşlığı ilə Azərbaycanda bu il "Yer saatı" aksiyası birgə olaraq tək Bakı şəhərində deyil, Gəncə, Lənkəran, Lahıc, Qız Qalası və s. nəzərəçarpan və yüksək elektrik enerjisi istehlak edən binalarda həyata keçirilmişdir.