IDEA kampaniyası və Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu arasında əməkdaşlıq sazişi imzalanıb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən əsası qoyulan IDEA kampaniyası və Rusiyanın Ümumdünya Vəhşi Təbiət Fondu (WWF) arasında əməkdaşlıq sazişi imzalanmışdır. Qafqazda leopard və zubrun populyasiyasının bərpası, eləcə də regionun təbiətinin qorunması əməkdaşlıq sazişinin əsas məqsədlərini təşkil edir.
3 il müddətinə imzalanmış müqaviləyə IDEA kampaniyasının təsisçisi Leyla Əliyeva və WWF Rusiyanın direktoru İqor Çestin imza atıb.
Sənədə əsasən, tərəflər regionun xüsusi təbiət qoruqları sistemini inkişaf etdirəcək, Qafqazın sosial-iqtisadi inkişafı üçün iqlim dəyişikliklərinin analizini aparacaqlar. Sazişin reallaşması üçün hər il işçi planı təsdiqlənəcək.