IDEA-nın Yaşıl Söhbət Klubunda gənclərlə görüş keçirilib

Ekoloji problemləri həll etmək və ingilis dilini təkmilləşdirməyə can atan bir qrup gənc dünən IDEA-nın Yaşıl Söhbət Klubunun görüşünə qatıldı. TISA beynəlxalq məktəbindən qonaq olan tələbələr və onların təlimatçısı ilə birlikdə sürətli moda, kütləvi istehsal və bunun ətraf mühitə təsirlərini müzakirə etdilər.Dəb sənayesi dünyanın ən böyük çirkləndiricilərindən biridir, çünki, o, suyu çirkləndirir, zəhərli kimyəvi maddələrdən istifadə edir və poliqonlarda tullantılarının səviyyəsini artırır. İstehlakçı kimi ata biləcəyimiz addımlar olaraq paltarlarımızı daha uzun müddət istifadə edə, ianə və təkrar emal edə və ən əsası daha az yeni əşyalar ala bilərik.