IDEA yerli məktəblərdə şagirdlər üçün "Ev heyvanları ilə məsuliyyətli davranış” mövzusunda maarifləndirici təlimlərə başlayıb.
IDEA yerli məktəblərdə şagirdlər üçün "Ev heyvanları ilə məsuliyyətli davranış” mövzusunda maarifləndirici təlimlərə başlayıb.
İlk təlim bu gün IDEA İctimai Birliyi və IDEA Heyvanlara Qayğı Mərkəzi tərəfindən Bakının Nəsimi rayonunda yerləşən Namiq Axundov adına 1 nömrəli tam orta məktəbin şagirdləri üçün keçirilib.
Təlimin məqsədi heyvanların rifahı və sağlamlığının əsasları haqqında məlumatlılığı artırmaqla, uşaqlar və gənclər arasında onlara qarşı məsuliyyətli və humanist yanaşmanın formalaşdırılmasından ibarətdir.