Leyla Əliyeva Qəbələdə bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının təsisçisi Leyla Əliyeva bir sıra nüfuzlu təşkilatların rəhbərləri ilə görüşüb.
Görüş qəbələdə keçirilən “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” adlı gənc ekoloqların beynəlxalq düşərgəsi çərçivəsində baş tutub.
Leyla Əliyeva ABŞ-ın “Earth Force” təşkilatının prezidenti və icraçı direktoru Lisa Bardvel, Böyük Britaniyanın “EcoMuslim” təşkilatının direktoru Ömər Faruk, Dünya Təbiəti Mühafizə Fondunun (WWF) İtaliya nümayəndəsi Quido Trivellini, BMT-nin Ətraf Mühit Proqramının nümayəndəsi Vondvosen Asnake Kibret, Birləşmiş Ştatların Kolorado Universitetinin ətraf mühit məsələləri üzrə Kooperativ Araşdırmalar İnstitutunun alimi Elizabet Vizerhed ilə görüşüb.
Görüşdə qarşılılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, ətraf mühitin mühafizəsi üzrə birgə proqramların və layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunmuşdur.