"Meşələri Sevməyi Öyrən!" - Ağdaş rayonu
21 aprel tarixində, Beynəlxalq Yer Kürəsi Günü ərəfəsində Ağdaş rayonu Dəhnəxəlil kəndinin məktəblilərinə meşələrin əhəmiyyəti barədə maarifləndirmə təlimləri keçirildi.
Proqram seminar, ağacəkmə aksiyası və Bozdağ silsiləsini əhatə edən seyrək arid meşəliyi, eyni zamanda Qırmızı Kitaba salınmış müxtəlif bitki və heyvan növləri ilə tanınan Türyançay Dövlət Təbiət Qoruğuna səyahətdən ibarət idi.
Tədbir IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və (FAO) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının meşələrin sosial-iqtisadi və ekoloji faydaları barədə məlumatlandırma kampaniyasının həyata keçirilməsi üzrə birgə layihəsi çərçivəsində təşkil olunub.