“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir
18 aprel tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir.
Hər il 22 aprel tarixində bütün dünyada qeyd olunan “Yer günü” ərəfəsində keçirilən təlim “Yer” kürəsinin sağlam və yaşıl gələcəyi naminə təbiətin qorunması, təbii resurslara qənaətli istifadəsi, tullantıların azaldılmasına həsr olunmuşdur.
Laboratoriya zamanı Yer kürəsinin mühafizəsi ilə bağlı qısametrajlı film nümayiş olunmuş, uşaqlara ətraf mühitin qorunmasının vacibliyi, gündəlik həyatda təbiəti qorumaq üçün atılmalı olan addımlar barədə ətraflı məlumat verilmişdir.
Daha sonra, “kiçik ekoloqlar” tullantılardan kiçik incəsənət nümunələrinin hazırlanmasında, əyləncəli bilik yarışmalarında və müxtəlif müsabiqələrdə iştirak etmişlər.
Aprel laboratoriyası uşaqlarda təbiətin mühafizəsinin vacibliyi haqqında dərin təəssürat oyatmaqla yanaşı, onlarda təbiətə sevgi və qayğı hissinin gücləndirilməsinə töhfə vermişdir.
“Uşaqlar üçün ekoloji laboratoriya” çərçivəsində keçiriləcək növbəti təlimlər barədə məlumat mətbuatda, IDEA İB-nin rəsmi internet səhifəsi və sosial şəbəkələrdəki səhifələrində yerləşdiriləcək.