Yaşıl Marafon çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.
Dekabrın 24-də IDEA İctimai Birliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyin tərəfindən birgə həyata keçirilən #YaşılMarafon çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyaları keçirilib.
Gənc könüllülərin iştirakı ilə Bakının Xocasən və Müşfiqabad qəsəbələrində 4 hektar ərazidə
3000-dən çox Eldar şamı, zeytun, Şərq çinarı və oleandr ağacı əkilib.