Tamamlanmış layihələr

“Ağacların kəsilməsinə yox!” proqramı

Giriş

"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev Fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Təsvir və Konsepsiya

Proqram, Azərbaycanda, xüsusilə Bakı şəhərində qeyri-qanuni ağac kəsilmələrinin qarşısının alınmasını nəzərdə tutur.

 

“Ağacların kəsilməsinə yox!” birgə proqram Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri xanım Leyla Əliyevanın təşəbbüsü ilə başladılıb. Proqram çərçivəsində  “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.

 

Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdığı zaman öz şikayətlərini 1113 qaynar xətti vasitəsilə   IDEA İB-yə çatdıra və eləcə də  öz şikayətlərini və təkliflərini ideacampaign.org internet səhifəsinə daxil olaraq bildirə bilərlər. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə yükləmək mümkündür. Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq.

 

IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində xüsusi anket formalarda yer alacaq və vətəndaşlar prosesin gedişatını buradan izləyə biləcəklər.

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul