Tamamlanmış layihələr

“Eko Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsi

Giriş

"Eko Rəsm Gündəliyi" layihəsi Panasonic Kids School tərəfindən başladılan şagirdlər üçün nəzərdə tutulmuş ekoloji layihədir.

Təsvir və Konsepsiya

Layihə bütün ölkələrdən olan şagirdlərin şəkillər vasitəsilə ekoloji problemləri əks etdirməsini nəzərdə tutur.

Oktyabrın 10-da IDEA İctimai Birliyinin təşəbbüsü, UNESCO-nun himayəsi, Heydər Əliyev Mərkəzi və Panasonic şirkətinin təşkilati dəstəyi ilə keçirilən “Eko Rəsm Gündəliyi 2014” beynəlxalq müsabiqəsinin milli mərhələsinin mükafatlandırma mərasimi keçirilib.

 

Qeyd edək ki, Azərbaycanda ikinci dəfə keçirilən müsabiqə çərçivəsində Bakı və Gəncə şəhərlərindəki məktəblərə 5000 ədəd “Eko Gündəlik” paylanılıb və onlardan 3050 ədədi doldurularaq təşkilatçıya təqdim olunub.

 

IDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, UNESCO, Panasonic şirkəti, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyətinin dəyərləndirməsi nəticəsində 20 finalçı seçilib.

 

Müsabiqənin milli qalibi 160 saylı Klassik Gimnaziyanın şagirdi Aylin Yəhyazadə olub.

 

Digər finalçılar isə Bakı şəhərindən Bakı Avropa Liseyi, Fizika riyaziyyat və informatika təmayüllü lisey, Bakı Slavyan Universiteti məktəb lisey kompleksi, “Ankara” məktəb liseyi, 269, 283, 304 saylı orta məktəblər, Gəncə şəhərindən isə Xarici dillər təmayüllü gimnaziya, 1, 6, 22, 25, 28, 34 saylı orta ümumtəhsil məktəblərinin şagirdləridir.

 

Mükafatlandırma mərasimində milli qalib, eləcə də 19 finalçı sertifikat və qiymətli hədiyyələrlə təltif olunub.


Qeyd edək ki, “Eko Rəsm Gündəliyi 2014” müsabiqəsində finalçılar müxtəlif aktual ekoloji problemləri çəkdikləri rəsmlərlə və onları izah edən qısa mətn ilə ifadə edib, problemin həlli istiqamətində öz təkliflərini irəli sürüblər.

 

Qeyd edək ki, 50-dən çox ölkəni əhatə edən “Eko Rəsm Gündəliyi” beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir.

 

Müsabiqənin məqsədi kiçik yaşlarından uşaqlarda ekoloji düşüncə tərzini, ekoloji məsələlərdə aktiv vətəndaş mövqeyini formalaşdırmaq, onları ətraf mühitin qorunması və bu sahədə problemlərin həllinə səfərbər etməkdən ibarətdir

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul