News and events

1-ci Azərbaycan Ətraf Mühit Forumu keçirilib

1-ci Azərbaycan Ətraf Mühit Forumu keçirilib

Martın 18-i “JW Marriott Absheron” otelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə 1-ci Azərbaycan Ətraf Mühit Forumu keçirilib.

18.03.2014
IDEA unikal "Səməni" layihəsi təqdim edib

IDEA unikal "Səməni" layihəsi təqdim edib

Mart ayının 18-də Heydər Əliyev Mərkəzinin parkında ilk dəfə “SƏMƏNİ” Beynəlxalq İncəsənət Müsabiqəsi təşkil olunub. Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə reallaşan layihəyə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi də qoşulub.

18.03.2014
“Eko Ev” layihəsinin son tarixi uzadıldı

“Eko Ev” layihəsinin son tarixi uzadıldı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.az xəbər portalı ilə birgə həyata keçirdiyi “Eko ev” layihəsinin son tarixi uzadılıb. Beləliklə, gənclər “eko ev” mövzusunda hazırladıqları eskizləri (“jpg” formatında) mart ayının 10-a qədər deyil, aprel ayının 10-a qədər idea.day.az saytında qeydiyyatdan keçərək qısa izahı ilə birgə yükləyə bilərlər.

14.03.2014
IDEA “Eko Ev” layihəsinin təqdimat mərasimini keçirib

IDEA “Eko Ev” layihəsinin təqdimat mərasimini keçirib

Bu gün Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi tərəfindən “Eko Ev” adlı layihənin təqdimat mərasimi keçirilib.

25.02.2014
"Hər kağızı bir yarpağa dəyişək": həftənin liderləri

"Hər kağızı bir yarpağa dəyişək": həftənin liderləri

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi, “ASAN xidmət” və "Təmiz Şəhər" ASC-nin birgə təşkilatçılığı ilə "Hər kağızı bir yarpağa dəyişək" müştərək layihəsi uğurla davam edir.

19.02.2014
Kütləvi aksiyaya qoşul! Hər kağızı bir yarpağa dəyiş!

Kütləvi aksiyaya qoşul! Hər kağızı bir yarpağa dəyiş!

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü ilə baş tutan layihə çərçivəsində 13 fevral 2014-cü il tarixindən etibarən hər gün saat 15:00-dan 18:00-a qədər Bakı şəhərində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərinin hər birində kütləvi aksiya keçiriləcək. Keçirilən aksiyada dövlət orqanlarının, qeyri-hökümət təşkilatlarının və özəl müəssisələrin iştirakı ilə kütləvi şəkildə kağız tullantılarının adı çəkilən mərkəzlərdə toplanılması baş tutacaq. Qeyd edək ki, aksiyada sadə vətəndaşların iştirakı da nəzərdə tutulub. Beləliklə, “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə mütəmadi qaydada istifadə olunmuş kağız və kağız məhsulları təhvil vermək mümkün olacaq. Təhvil verilmiş hər 50 kq kağız tullantısı qarşılığında isə 1 ağacın əkilməsi planlaşdırılır.

18.02.2014