Fəaliyyətlərimiz üzrə icmallar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Lənkərana səfər çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak ediblər.
Daha ətraflıLeyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Bilgəhdə sahilyanı təmizlik aksiyasında iştirak ediblər.
Daha ətraflıLeyla Əliyeva və Arzu Əliyeva Bilgəhdə təmizlik aksiyasında iştirak ediblər

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib. <br />Tədbir çərçivəsində ağacəkmə aksiyası təşkil olunub. Ərazidə iqlim və torpaq şəraitinə uyğun hesab olunan Eldar şamı, qara şam, adi şam, zeytun, daş palıdı, Arizona sərvi və piramidal sərv ağacları əkilib. Leyla Əliyeva və Arzu Əliyeva, həmçinin Milli Parkın ərazisi və təbiəti ilə yaxından tanış olublar.<br />Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Daha ətraflıLeyla Əliyeva və Arzu Əliyeva Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

2014-cü ilin 4-5 dekabr tarixlərində IDEA İctimai Birliyinin təşkilatçılığı ilə IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər” mövzusunda seminar keçirilmişdir.
Daha ətraflı“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər” mövzusunda seminar təşkil edilib

IDEA İctimai Birliyinin nümayəndələri Cənubi Afrika Vəhşi Təbiət Kollecində Ranger Kurslarında iştirak edirlər.
Daha ətraflıTəbiətin mühafizəsi uğrunda yeni bir addım!

Aprelin 16-da Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində paytaxt Bakının Nizami rayonunun Mikayıl Əliyev və Kamil Balakişiyev küçələrinin kəsişməsində yerləşən boş ərazidə ağacəkmə aksiyası həyata keçirilib.
Daha ətraflı“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası həyata keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Daha ətraflı“Bizim Həyət” layihəsi çərçivəsində növbəti həyət açılışı

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində aprelin 5-də Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş növbəti “Bizim həyət” sakinlərin istifadəsinə verilib. Yenilənmiş həyət Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4090/94-cü məhəllə, ev 3, ev 1/1, ev 2/7 ünvanlarında 820 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Daha ətraflı“Bizim Həyət” layihəsi çərçivəsində növbəti həyət açılışı

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin icrasına bu il Qəbələ rayonunda başlanılacaq.<br />Layihə gənclər və gənc ailələr üçün arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsinə istiqamətlənib. Layihə çərçivəsində nəzəri və praktiki təlimlərə cəlb olunması nəzərdə tutulan 20 gənc ailə bir aylıq kurs müddətini tamamladıqdan sonra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaq və gənc arıçılara istehsalat prosesini səmərəli icra etmələri üçün lazımi şərait yaradılacaq.
Daha ətraflıIDEA İctimai Birliyinin “Gənc arıçı” layihəsinin növbəti mərhələsinin Qəbələ rayonunda keçirilməsi

“Yaşıl dünya naminə Həmrəylik İli” çərçivəsində “IDEA” İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun (WWF) birgə təşkilatçılığı, Regional İnkişaf İctimai Birliyi və CAVAN Gənclər Hərəkatının dəstəyi ilə Martın 23-də Bakıda “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib.
Daha ətraflıBakıda “Yer saatı 2024” (Earth Hour 2024) beynəlxalq kampaniyasının keçirilməsi

IDEA İctimai Birliyi və Ekol Mühəndislik Xidməti əməkdaşları ilə birgə Azərbaycan Britaniya Kollecində yerləşdirilən batareya qutusu boşaldıldı.
Daha ətraflıİstifadəyə yararsız batareyaların boşaldılması

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib. Yeni il bayramı ərəfəsində keçirilən tədbir zamanı abadlaşdırılan həyətin azyaşlı sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, onlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb, sevinc dolu anlar bəxş edib.
Daha ətraflı