Maraqlı faktlar

Bataqlıq Qunduzu

BlogImg

Bataqlıq Qunduzu
Nutria

Myocastor coypus

Qızılağac Milli parkı


Məməlilər sinfinin Gəmiricilər dəstəsinin Qunduzlar fəsiləsinə aid olan və Azərbaycanda ən iri gəmirici heyvan növüdür. Ötən əsrin əvvəllərində ölkəmizə gətirilərək iqlimləşdirilmişdir.

Bədəninin uzunluğu 60 sm-ə, quyruğu 45 sm-ə qədər, çəkisi isə 5-12 kq-dır. Erkəkləri dişilərindən daha böyükdür. Başı iri, gözləri və qulaqları kiçik, ətrafları nisbətən qısadır. Ağzı küt, uzun bığları var. yaxşı inkişaf etmiş eşitmə qabiliyyətinə malikdir

Bataqlıq qunduzu yarımsu həyat tərzi keçirir. Yavaş axan və ya durğun su hövzələrində, bataqlıqlarda yaşayırlar. əsasən gecələr fəal olurlar. Yaxşı üzürlər, 10 dəqiqəyə qədər su altında qala bilirlər.

Suya davamlı xəzi var. Qarın və yan tərəflərdə xəz daha qalındır, bu da bədənin istiliyi daha yaxşı saxlamasına kömək edir.

Helper