Bəbir

Bəbir
Leopard
Panthera pardus
Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli Parkı
Məməlilər sinfinin Yırtıcılar dəstəsinin Pişiklər sinfinə aid heyvan növüdür. Hirkan meşələrində, Zəngəzur silsiləsində, Darıdağ, Nehrəmdağ və Dərəşamda, Kiçik Qafqazda, Qarabağ yaylasında, Mingəçevir su anbarının şimalında, Axar-Baxar silsiləsində rast gəlinir.
Uzun əzələli bədəni, güclü qolları vardır. Rəngi sarı, açıq-sarı və ya qırmızımtıl-sarıdır. Xallarındüzülüşü hər bir fərddə individual xarakter daşıyır və rozetlər şəklində bütün bədəndəyayılmışdır. Qarın hissəsi açıq rəngdədir. Quyruğun ucunda sıx qara halqalar vardır. Bədənuzunluğu 126-171, bəzən 183 sm, quyruq uzunluğu 94-116 sm olur. Bədən kütləsi orta hesabla 30 kq-dır. Qafqazda ən iri fərdlərə rast gəlinir.
Fərqli biotoplarda – qayalıqlarda, ardıc kolları ilə örtülmüş quru landşaftlarda, qayalı-meşəliərazilərdə, rütubətli Hirkan meşələrində yaşayır. Cütləşmə dekabr-yanvarda baş verir, balalarəsasən aprel-mayda dünyaya gəlir, 2-3 bala doğur.

