Maraqlı faktlar

Qmelin Muflonu

BlogImg

Qmelin Muflonu
Mouflon

Ovis gmelini

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilib.
Zəngəzur Milli parkı

Məməlilər sinfinin Cütdırnaqlılar dəstəsinin Boşbuynuzlular fəsiləsinə aid heyvan növüdür. Azərbaycanda yalnız Naxçıvan MR-nin ərazisində yayılmışdır.
Erkəklərin çəkisi 45-74 kq, dişilərdə isə 35-50 kq olur. Cidov hündürlüyü erkəklərdə 80-90 sm, dişilərdə 80-85 sm-dir. Yaz aylarında tükləri qısa, qalın, düz və seyrək, rəngləri pas qırmızı-qəhvəyi olur. Qışda boz, boz-qəhvəyiyə çevrilən tüklər incə, uzun və sıx yerləşir. Erkəklərdə yanlardan yuxarıya və geriyə doğru qıvrılmış, qalın və böyük (75 sm-ə qədər) buynuzlar vardır. Dişi fərdlərdə bəzən uzunluğu 15 sm-ə çatan buynuzlar olur.
Arid ərazilərdə yaşayır. Payızda yüksək ərazilərə qar yağdığından orta və aşağı dağətəyi sahələrə, yazda isə geriyə miqrasiya edir. Cavan fərdlərlə birlikdə bəzi yaşlı erkəklər də qrup halında dağətəyi ərazilərdə qalaraq gizli həyat tərzi keçirirlər. Cütləşmə noyabr ayından başlayaraq yanvar ayının əvvəllərinə kimi davam edir.

Helper