Milli parklar

İlisu Milli Parkı

ResourceDetailTopImage
ResourceCardImg

İlisu Milli Parkı haqqında

İlisu Milli Parkı Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqazın cənub makroyamacında yerləşən mühüm qorunan təbiət ərazilərindən biridir. Park 14 iyul 2025-ci ildə yaradılmış və Qax və Zaqatala rayonlarının ərazilərini əhatə edir. İlisu Milli Parkı dağ ekosistemlərinin, nadir flora və fauna növlərinin qorunması məqsədi daşıyır.

13 966 hektar sahəni əhatə edən park dəniz səviyyəsindən 550 metrdən 2500 metrədək yüksəkliklərdə yerləşir. Ərazi alp və subalp çəmənlikləri, yüksək mailliyə malik dağ meşələri, qayalıqlar, dağətəyi çəmənliklər və çay vadiləri ilə səciyyələnir. Bu landşaft müxtəlifliyi parkın təbii zənginliyini və ekoloji əhəmiyyətini artırır.

ResourceCardImg

İlisu Milli Parkında ekoturizm

İlisu Milli Parkı ekoturizm üçün geniş imkanlar yaradır. Dağ yürüşləri, təbiət müşahidələri, foto-turizm və quşlara baxış parkın əsas ekoturizm fəaliyyətləri sırasındadır. Müxtəlif yüksəklik qurşaqları və mənzərəli vadilər ziyarətçilərə unikal təbiət təcrübəsi təqdim edir.

Ekoturizm fəaliyyəti parkın mühafizə rejiminə uyğun şəkildə təşkil olunur və təbiətə minimal təsir prinsiplərinə əsaslanır. Bu yanaşma həm ekosistemlərin qorunmasına, həm də davamlı turizmin inkişafına xidmət edir.

ResourceCardImg

İlisu Milli Parkının florası

İlisu Milli Parkının florası zəngin və nadir bitki növləri ilə seçilir. Burada Şərq fıstığı, Şərq palıdı, Qafqaz vələsi, Trautfetter ağcaqayını və Litvinov tozağacı geniş yayılmışdır. Giləmeyvəli qaraçöhrə, Qafqaz quşarmudu və Qafqaz xirniki parkın botaniki dəyərini artıran əsas növlərdəndir.

Səhləblər fəsiləsinə aid Mozalan quşsəhləbi, sarıçiçək səhləb və satirvari steveniella kimi nadir bitkilər parkın “Qırmızı Kitab”a daxil olan flora zənginliyini nümayiş etdirir.

ResourceCardImg

İlisu Milli Parkının faunası

İlisu Milli Parkı fauna müxtəlifliyi baxımından da xüsusi əhəmiyyət daşıyır. Park ərazisində çöl donuzu, qonur ayı, boz canavar, adi tülkü, daşlıq dələsi, porsuq və meşə pişiyi kimi məməli növlərə rast gəlinir. Həmçinin Avropa vaşaqı, Avropa cüyürü, Qafqaz köpgəri, Şərqi Qafqaz turu və Qafqaz nəcib maralı parkın əsas fauna nümayəndələrindəndir.

Quş növlərindən Qafqaz tetrası, Qafqaz uları, bərqud və saqqallı kərkəs qeydə alınmışdır. Bu növlərin bir qismi “Qırmızı Kitab”a daxil edilmişdir və parkın mühafizə əhəmiyyətini daha da artırır.

photo
photo
photo
photo
photo
photo
photo
Helper