Oktyabr ayında zubrların ilkin qrupunun iqlimləşmə zonasından vəhşi təbiətə buraxılmasının ardınca daha 9 heyvan Azərbaycana gətirilərək uyğunlaşmaq üçün Şahdağ Milli Parkında yerləşdirildi.
25.11.2021
Hər il olduğu kimi dünən də ənənəmizə sadiq qalaraq Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunu yaşıllaşdıraraq "Təmiz Şəhər" ASC və İqtisadiyyat Nazirliyi ilə birgə ərazidə 1000 ədəd ağac əkilmişdir.
11.11.2021
IDEA İctimai Birliyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Qlazqoda keçirilən 26-cı sessiyası zamanı (UNFCCC COP) sözügedən qurumun müşahidəçi üzvü qismində qəbul edilib.
05.11.2021
29 oktyabr 2021-ci il tarixində “Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində Şahdağ Milli Park ərazisində iki il müddətində iqlimləşdirilən 20 Avropa zubru (o cümlədən 4 bala) nəhayət ki, təbiətə buraxıldı.
29.10.2021
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində növbəti abadlaşdırılmış həyət sakinlərin istifadəsinə verilib.
27.10.2021
23 oktyabr tarixində Bakıda yeni yaradılmış Aquaponika üzrə Tədris Mərkəzinin açılışı keçirilib. Akvaponika sisteminin Azərbaycanda tətbiqini təşviq etmək məqsədini daşıyan layihə IDEA İctimai Birliyi, BMTİP-GEF Kür II Layihəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilib.
23.10.2021