Oktyabrın 16-da IDEA-nın təsisçisi və rəhbəri Leyla Əliyeva ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyətinin sədri, BMT-nin xoşməramlı səfiri Vyaçeslav Fetisov arasında görüş keçirilib. Görüş zamanı IDEA ilə Ümumrusiya Təbiəti Mühafizə Cəmiyyəti arasında ətraf mühitin qorunması və davamlı inkişaf üzrə birgə təşviqat və maarifləndirmə işlərinin həyata keçirilməsinə dair niyyət sazişi imzalanıb.