Beynəlxalq ekoloji günlərin təqvimi
-
01 Oktyabr 2020
Dünya Vegeterian Günü
Dünya Vegetarian Günü hər il oktyabrın 1-i qeyd olunur. Bu gün, “vegeterianlığın sevinc, şəfqət və həyatı asanlaşdıran mümkünlüklərini təşviq etmək üçün” 1977-ci ildə Şimali Amerika Vegetarian Cəmiyyəti tərəfindən irəli sürülən və 1978-ci ildə Beynəlxalq Vegetarian Birliyi tərəfindən qəbul edilmiş bir gündür. Bu gün etik, ekoloji vegetarian həyat tərzinin humanist faydaları düşüncəsini aşılayır.
-
04 Oktyabr 2020
Beynəlxalq heyvanları müdafiə günü
Dünya Heyvanlarının Müdafiə Günü yeni hadisə deyil, bu ənənə 1931-ci ildə Florensiyada ekoloqların nəsli kəsilməkdə olan bəzi növlərin müzakirəsini apardıqları yığıncağından sonra təqvimə daxil edilib.
-
06 Oktyabr 2020
Ümumdünya quşları müşahidə günü
Belə günlər “Quşların mühafizəsi” ictimai birliyinin təşəbbüsü ilə keçirilir və orada bütün istəyənlər iştirak edirlər. Aksiya zamanı hazırkı ərazidə hansı növ quşlara rast gəlinir, hansı miqdarda, onların özünü aparma xüsusiyyəti, və s. müəyyən edilir.
-
-
16 Oktyabr 2020
Ümumdünya Ərzaq
Ümumdünya Ərzaq Günü aclığa qarşı mübarizə günüdür. 16 oktyabrda bütün dünyada insanlar biryerə yığılıb aclığın ömürlük aradan qaldırılması üçün öz öhdəliklərini bəyan edirlər. Çünki aclıqdan əziyyət çəkənlərin sayı üzrə dünyada sadəcə sıfır rəqəmi qəbul edilə bilər.