Leyla Əliyeva haqqında

 

Leyla Əliyeva 3 iyul 1985-ci il tarixində Rusiyanın Moskva şəhərində anadan olmuşdur. O, Londonda və Moskvada təhsil almış, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) magistr pilləsini bitirmişdir. 12 iyul 2011-ci il tarixində Leyla Əliyeva Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoymuşdur. IDEA planetimizin üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləmişdir.

 

10 may 2007-ci il tarixindən O, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə rəhbərlik etməyə başlamışdır. Heydər Əliyev Fondu təhsil, ictimai sağlamlıq, mədəniyyət, idman, elm, texnologiya və ətraf mühit sahəsində həyata keçirdiyi layihələrlə sosial və iqtisadi inkişafa davamlı olaraq xüsusi töhfələr vermişdir. 2011-ci ildən etibarən Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsində çalışır.

 

2007-ci il yanvar ayının 19-da Leyla Əliyeva Moskvada möhtəşəm “Baku” jurnalını təsis etmişdir. Jurnalın ingilis dili buraxılışı Kond Nast ilə birgə əməkdaşlıq çərçivəsində 2011-ci ilin oktyabr ayında İngiltərənin London şəhərində işıq üzü görmüşdür. Jurnal incəsənət, mədəniyyət və Azərbaycan ilə yaxından tanış olmaq üçün əvəzolunmaz vasitədir. 2012-ci ildə Leyla Əliyevanın təşəbbüsü ilə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgisi adlı yeni layihə start götürmüşdür. London şəhərində açılan sərgi daha sonra Avropanın Paris, Berlin, Moskva, Roma, Vyana kimi müxtəlif şəhərlərində baş tutmuşdur.

 

8 may 2008-ci il Şuşa şəhərinin işğalının il dönümündə Leyla Əliyeva “Xocalıya ədalət” adlı kampaniyanın əsasını qoydu. Kampaniya hal-hazırda 30 ölkədə uğurla davam etdirilir. Kampaniyanın əsas məqsədi beynəlxalq birlikləri Xocalı faciəsi ilə bağlı media, internet vasitəsilə, eyni zamanda müxtəlif tədbirlər həyata keçirməklə məlumatlandırmaq, onun beynəlxalq səviyyədə anılmasına nail olmaqdır.

 

2008-ci ilin may ayında Leyla Əliyeva İslam Ölkələri Təşkilatının “Mədəniyyətlərarası dialoq üzrə gənclər forumu”-nda baş koordinator olmuşdur. 18 aprel 2009-cu ildə O, Rusiyada Azərbaycanlı Gənclər Biriliyinin (AMOR) sədri seçilmişdir. 2011-ci ilin iyul ayında Leyla Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin inkişafına verdiyi töhfələrə görə "Tərəqqi" medalı ilə təltif edilmişdir. O, həmçinin 2011-ci ildə Nyu-Yorkda uşaqlar ilə bağlı humanitar layihələrdə iştirakına görə "Key to Life" (Həyata açar) fəxri mükafatına  layiq görülmüşdür.

 

25 may 2015-ci il tarixində Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülmüşdür.

 

20 oktyabr 2015-ci il tarixində Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib.

 

Leyla Əliyevanın iki oğlu və bir qızı var.


Biz BİR DÜNYA, BİR GƏLƏCƏK naminə öhdəmizə düşən məsuliyyəti öz üzərimizə götürürük!

IDEA-ya xoş gəlmisiniz!

Böyük IDEA nədir?
IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.
Təsisçinin müraciəti
Bütün dünyada gənclər ətraf mühit problemlərinin aradan qaldırılması yollarını axtarırlar. Həyatımızı təmin edən təbiət ilə harmoniyada olan bir gələcək yaratmaq imkanı öz əlimizdədir.

Bİzə qoşul