14 Dekabr 2015

12 dekabr tarixində paytaxt sakinlərinin itlərə münasibəti və şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilmişdir.

12 dekabr tarixində IDEA İctimai Birliyi tərəfindən Bakının fəvvarələr meydanı və Park Bulvar alış-veriş mərkəzində paytaxt sakinlərinin itlərə münasibəti və şəhərimizdəki küçə itləri haqqında sorğu keçirilmişdir.  Sorğu ölkədə sahibsiz ev heyvanlarının sayının tənzimlənməsi üzrə IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən çoxşaxəli layihənin tərkib hissəsidir.

 

Məlum olduğu kimi, 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən Qaradağ rayonu ərazisində sahibsiz heyvanlar üçün qayğı mərkəzinin təməli qoyulmuşdur.  Hazırda inşa edilən həmin mərkəzin yaradılması ilə yanaşı, layihə çərçivəsində həmçinin ölkədə sahibsiz it və pişiklərin çoxalması probleminin araşdırılması, o cümlədən müvafiq  sorğuların keçirilməsi planlaşdırılır.

 

Şəhərin mərkəzində keçirilmiş sorğuda 1500-ə qədər respondent iştirak etmişdir. Qeyd edilməlidir ki, İDEA İctimai Birliyi tərəfindən təşkil edilən və iki həftə davam edəcək həmin sorğu Bakının Yasamal, Binəqədi, Nizami, Xəzər, Nərimanov və Nəsimi rayonları ərazisində də aparılır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul