19 Yanvar 2016

Uşaqlar üçün növbəti ekoloji laboratoriya təlimi təşkil olunacaq

IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatı tərəfindən 2015-ci ildə uğurla həyata keçirilmiş “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi 2016-cı ildə davam etdiriləcəkdir. Bu ilin ilk laboratoriya təlimi 23 yanvar tarixində baş tutacaqdır. Uşaqların ətraf mühit və canlı aləm barədə biliklərinin artırılması məqsədini daşıyan Laboratoriyanın yanvar təlimi qütb dairəsi və onun təbiəti mövzusuna həsr olunacaqdır.

Təlim zamanı uşaqlara qar və  buz,  onların xüsusiyyətləri, qütb heyvanları, Antraktidanın coğrafiyası və s. barədə geniş məlumat veriləcək, həmçinin “kiçik ekoloqlar”a buzun və qar dənəciklərinin necə formalaşdığı, quru buzun necə olduğu sınaqlar vasitəsilə  izah olunacaqdır.

Təlimin gedişində iştirakçılar bir sıra laboratoriya sınaqlarının keçirilməsində iştirak edəcək və müxtəlif materiallardan kiçik “sənət əsərləri” də düzəldəcəklər.

IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatının birgə əməkdaşlığı ilə təşkil olunacaq yanvar laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı qütb təbiəti ilə kiçik yaşlardan tanış olmaları baxımından mühüm töhfə verəcəkdir.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul