10 Noyabr 2015

“Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edildi.

IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olaraq, 6 noyabr tarixində IDEA İctimai Birliyinin Resurs Mərkəzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyası, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri - Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik və Təyyarəçilik Məktəbləri, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyası və Daxili Qoşunların Ali Hərbi Məktəbinin kursantları üçün “Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilmişdir. Seminar zamanı bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar çatdırmışdır.

 

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həmmüəllifi olduğu “Ekoloji Menecment” adlı iki cildlik dəsr vəsaitinin təqdimatı da keçirilmişdir. Qeyd olunmalıdır ki, sözsügedən kitab Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əlievanın baş redaktorluğu ilə nəşr edilmişdir.

 

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunmuşdur. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

 

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə etmişlər.

 

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara iki cildlik “Ekoloji Menecment” kitabları hədiyyə edilmişdir.

 

IDEA İctimai Birliyi Respublikamızın digər ali təhsil müəssisələrin tələbələri üçün də oxşar seminarlar təşkil edəcəkdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul