18 Dekabr 2013

IDEA və YARAT tullantılardan incəsənət əsəri yaratdı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyi və “YARAT!” Müasir İncəsənət məkanı “Tullantıdan incəsənətə” adlı müştərək layihə həyata keçirib. Layihə çərçivəsində Bakı şəhərində istifadə olunmuş 3000-dən çox plastik butulka toplanılıb, onlardan paytaxtın Səməd Vurğun küçəsində Yeni İl öncəsi dekorativ şam ağacı hazırlanıb.

 

Bu dekorativ şam ağacını tullantılardan incəsənət nümunələri yaratmaqla dünyada məşhurlaşan, ABŞ, Şotlandiya, Niderland, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrdə keçirilən sərgilərdə əl işləri böyük marağa səbəb olan ingilis mütəxəssisləri - Nikolas Bleyk Sayers və Qlendon Maykl Keysi qurub. Layihədə xeyli sayda könüllülər də iştirak edib.

 

Hündürlüyü 7 metr, diametri  4.2 metr olan sənət nümunəsi Yeni İl ərəfəsində  meşə və parklarda əkilmiş şam ağaclarını kəsmədən, ətraf mühitə zərər vermədən, alternativ yollardan istifadə etməklə süni şam ağacları əldə etməyin mümkünlüyünü göstərir.

 

Qeyd edək ki, ağacın ərsəyə gətirilməsində istifadə olunmuş butulkalar “Pepsi Azərbaycan” şirkəti tərəfindən təmin olunmuşdur. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul