08 Dekabr 2014

“Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər” mövzusunda seminar təşkil edilib

2014-cü ilin 4-5 dekabr tarixlərində IDEA İctimai Birliyinin təşkilatçılığı ilə IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə keçid: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər və perspektivlər” mövzusunda seminar keçirilmişdir.

 

Ekologiya sahəsində təhsil alan və bu sahədə çalışan 30-a yaxın gəncin iştirak etdiyi seminarda mühazirəçi qismində Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin mütəxəssisi çıxış etmişdir.

 

Seminar zamanı iştirakçılara bərpa olunan enerji mənbələrindən alınan enerjinin iqtisadi və ekoloji cəhətlərdən əlverişliyi barədə peşəkar yanaşması təqdim edilmişdir. Bununla yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində qabaqcıl ölkələrin təcrübəsi və ölkəmizdə bu sahənin inkişafı istiqamətində görülən tədbirlər barədə məlumat verilmişdir. Təşkil olunan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

 

IDEA İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində tərtib olunan illik proqrama uyğun olaraq, seminar və danışıq klubları təşkil edir və bu barədə İctimai Birliyin feysbuk səhifəsində (https://www.facebook.com/ideacampaign.org) əvvəlcədən elanlar yerləşdirilir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul