13 Noyabr 2012

“Yaşıl həftə” layihəsi çərçivəsində "Avropanın əsas qruplar və səhmdarlarının məsləhətləşmə görüşü" keçirilmişdir

 

Noyabrın 13-də “Hilton Baku” otelində “Yaşıl həftə” layihəsi çərçivəsində "Avropanın əsas qruplar və səhmdarlarının məsləhətləşmə görüşü" keçirilmişdir. 

 

Tədbirdə Azərbaycanın və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının, gənclər birliklərinin təmsilçiləri iştirak etmişlər.


Görüş zamanı BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Avropa üzrə regional təmsilçisi Sebastyan Duyk “Rio+20” görüşü haqqında məlumat vermişdir. O, bildirmişdir ki, həmin görüşdə insan haqları ilə əraf mühitin qorunması arasında əlaqələr ilə bağlı müzakirələr aparılmışdır. 

 

UNEP-in beynəlxalq idarəetmədə məsləhətləşmə qrupunun üzvü Artur Dahl qeyd etmişdir ki, ətraf mühitin mühafizəsi sadəcə dövlətlərin və beynəlxalq təşkilatların həyata keçirdikləri layihələrlə mümkün olmur. “Vətəndaş cəmiyyətinin bu sahəyə cəlb edilməsi əsas müzakirə mövzularından olmalıdır. Vətəndaş cəmiyyəti ilə iş UNEP üçün çox vacibdir”, - deyə O, bildirmişdir. A.Dahl söyləmişdir ki, onun təmsil etdiyi qurum həyata keçirdiyi bütün layihələrdə vətəndaş cəmiyyəti ilə qarşılıqlı əməkdaşlığa üstünlük verir. Dövlətlər vətəndaş cəmiyyətinin ayrı-ayrı qrupları ilə birgə fəaliyyət göstərsələr, təbiətin mühafizəsində daha böyük uğurlar əldə edə bilərlər. 

 

Tədbirdə UNEP-in yaxın gələcəkdə nəzərdə tutulan müxtəlif layihələri, planları haqqında məlumat verilmiş, “yaşıl iqtisadiyyat” qurmaqla bağlı müzakirələr aparılmışdır. 

 

Qeyd edək ki, məsləhətləşmə görüşü bir sıra ekoloji problemlərin həllinə dair siyasətin hazırlanmasında və bu siyasətin tətbiqində Əsas Qrupların və Səhmdarların UNEP-in regional ofisləri ilə əməkdaşlığına şəraitin yaradılmasına yönəlmişdir. Eyni zamanda, görüş “yaşıl iqtisadiyyat” qurmağın yolları, bu sahədə mövcud problemləri müzakirə etmək, təkliflər hazırlamaq üçün təşkil olunur.

 

"Yaşıl həftə" Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən IDEA kampaniyası və BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) birgə layihəsidir. 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul