Tamamlanmış layihələr

Bakı Debat Forumu ”Yaşıl Düşüncə Kuboku-2012”

Giriş

Bakı Debat Forumu ”Yaşıl Düşüncə Kuboku-2012” layihəsi IDEA kampaniyasının dəstəyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib.

Təsvir və Konsepsiya

Mart -iyun aylarını əhatə edən forumda gənclər məişət tullantılarının idarə olunması, ətraf mühitin mühafizəsi və “yaşıl” düşüncə tərzi mövzusunda təlimlər, görüşlər, debat yarışlarında iştirak etmişlər.
Bakı Debat Forumu ”Yaşıl Düşüncə Kuboku-2012” layihəsi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının dəstəyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib. 
 
 
 
Layihənin əsas məqsədi gənclərin məişət tullantılarının idarə olunması sahəsinə ətraf mühitin mühafizəsi və “yaşıl” düşüncə tərzi (“green thinking”) prizmasından yanaşmanı təbliğ etməkdir. 2012-ci ilin mart-iyul aylarını əhatə edən “Bakı Debat Forumu” özündə təlimlər, debat yarışları, ekspert görüşləri və müxtəlif səviyyəli təbliğat tədbirlərini birləşdirmişdir. Layihə çərçivəsində keçirilən tədbirlər Bakı şəhərinin ali təhsil müəssisələrində təhsil alan 2000-dən artıq gənci əhatə etmişdir. 
 
 
“Yaşıl Düşüncə” 3R modelinə əsaslanır və cəmiyyəti az istifadəyə, təkrar istifadəyə, çeşidlənməyə çağırır. Bu modelə uyğun olaraq  layihə ərzində istifadə edilən bütün sənədlər, təbliğat materiallarının toplanaraq çeşidlənməsi və kağızların təkrar emalı zavoduna təhvil verilməsi qərara alınmışdır.
 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul