27 Oktyabr 2012

Bakıda ilk dəfə olaraq beynəlxalq "Yaşıl Həftə" keçiriləcək

 

Noyabrın 12-16-da IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası və UNEP-in (BMT-nin Ətraf Mühit üzrə Proqramı) birgə təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq beynəlxalq "Yaşıl həftə" layihəsinə start veriləcək.


Tədbirdə yerli qonaqlarla yanaşı xarici ölkələrdən dəvət olunmuş bir sıra beynəlxalq təşkilatların, habelə dövlət və qeyri dövlət təşkilatı nümayəndələrinin, gənc liderlərin iştirakı nəzərdə tutulub.

Tədbirin birinci günü beynəlxalq gənclər forumu təşkil olunacaq. Forumda əsasən 2012-ci ilin iyun ayında keçirilmiş RIO+20 sammitinin yekunu ilə bağlı müzakirələr aparılacaq.

Tədbirin ikinci günü UNEP tərəfindən 50-dən çox xarici nümayəndənin iştirakı ilə nəinki Azərbaycanda, hətta region olaraq Qafqazda ilk dəfə olaraq Avropanın böyük ekoloji qruplarının və səhmdarlarının görüşünün keçirilməsi planlaşdırılıb.

Noyabrın 14-də Azərbaycan Diplomatiya Akademiyasının yaşıl kampusunda ölkəmizdə ilk dəfə olaraq "Ətraf mühit diplomatiyası" adlı təlim proqram təşkil olunacaq. Açıq mühazirə formatında keçiriləcək təlim proqramında 300-dən çox gəncin iştirakı gözlənilir.

"Yaşıl həftə"-nin dördüncü günündə dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndəliklərinin iştirakı ilə yaşıl iqtisadiyyat mövzusu üzrə dəyirmi masa baş tutacaq. Layihə UNEP-in Ətraf mühit və səhiyyə nazirlikləri nümayəndələrinin görüşü ilə yekunlaşacaq.

Qeyd edək ki, 12 iyul 2011-ci il tarixində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılmış IDEA kampaniyası çoxsaylı yerli və beynəlxalq layihələrə imza atır.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul