13 May 2013

Bakıda “Yer kürəsi uşaqların gözü ilə” gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi açılıb

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA-nın təsisçisi Leyla Əliyeva “Yer kürəsi uşaqların gözü ilə” şüarı altında keçirilən gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında iştirak etmişdir.

 

Mayın 14-dək davam edəcək festival və sərgi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuşdur. Festival və sərginin təşkilatçıları IDEA kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.

 

Əvvəlcə, gənclərin birinci Beynəlxalq fotofestivalı və sərgisi çərçivəsində qravit sərgisi ilə tanışlıq olmuşdur.

 

Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərgidən məqsəd ekoloji maarifləndirməni təbliğ etməkdir.

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən bu beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatlarının yaddaşına köçürmələri üçün yaxşı imkan yaratmışdır.

 

Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəklin seçilməsi şansını yaratmışdır. Festival çərçivəsində “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb etmişdir. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.

 

Gənclərin birinci beynəlxalq fotofestivalı və sərgisində çıxış edən IDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirdi. Qeyd etdi ki, son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişaf müşahidə edilir.

 

Bu sərgi nadir imkanlar təqdim edir. Çünki fotoqrafiya ətraf mühitin qorunması məsələsinə gənclərin diqqətini daha da artırır. Sərgidə nümayiş olunan şəkillərin dünyanın 90 ölkəsindən gənclərin ətraf mühitin mühafizəsinə baxışını əks etdirdiyini deyən Leyla Əliyeva bu fotoların ətraf mühitin qorunması sahəsində konkret addımların atılmasına sövq etdiyini vurğuladı. Qonaqları Azərbaycanda salamlayan Leyla Əliyeva bu sərgi-festivalın ölkəmizlə daha yaxından tanış olmaq imkanı yaratdığını da diqqətə çatdırmışdır.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul