13 İyul 2013

Bu gün IDEA kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur

Bu gün IDEA kampaniyasının fəaliyyətinin ikinci ili tamam olur. Ekoloji mühitin qorunması üzrə regional və beynəlxalq əməkdaşlıq şəbəkəsi quran IDEA kampaniyası geridə qalan iki il ərzində bir çox uğurlara imza atmışdır.

 

Qeyd edək ki, kampaniya fəaliyyətinin geridə qalan hissəsində 10-a yaxın beynəlxalq, 50-dən çox yerli layihə həyata keçirmişdir. “Gənc Ekoloqların Beynəlxalq düşərgəsi”, “Yaşıl Həftə”, “Yer kürəsi Uşaqların gözü ilə”, “Quşlar üçün sığınacaq”, “Yaşıl Azərbaycan”, “Yaşıl Qraffiti”, “Eco-cinema”, “Yaşıl Söhbət klubu”, “IDEA üçün ideya” və s. layihələri bunlara misal olaraq göstərmək olar.

 

Nəzərinizə çatdıraq ki, IDEA beynəlxalq kampaniyası hal-hazırda WWF, UNEP,  Webistan və s. 20-ə qədər beynəlxalq, 30-a qədər yerli təşkilatlarla əməkdaşlıq edir.

 

Məlumat üçün bildirək ki, kampaniyanın əsas fəaliyyət istiqaməti ətraf mühit problemlərinin yerli və beynəlxalq səviyyədə həllinə nail olmaq üçün gənclərin real və virtual şəbəkəsini yaratmaq, onları Yer kürəsinin üzləşdiyi ekoloji problemlər haqqında məlumatlandırmaq, bu sahədə yerli və beynəlxalq layihələr həyata keçirməkdir.

 

Qeyd edək ki, IDEA kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən yaradılmışdır.

 

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul