25 Sentyabr 2013

"Dünyanın su hövzələrinin çirklənməsi kontekstində şirin su ehtiyatlarının azalması" mövzusunda seminar keçirilib

Ekoloji sahədə gənclərin maarifləndirilməsini özünün əsas hədəflərindən biri kimi müəyyənləşdirən IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası hər il dünyada 25 sentyabr tarixində qeyd olunan "Ümumdünya Dəniz günü" ilə əlaqədar "Dünyanın su hövzələrinin çirklənməsi kontekstində şirin su ehtiyatlarının azalması" mövzusunda interaktiv seminar keçirib.

 

Seminar Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub. Seminarda 20-dən artıq gənc iştirak edib, şirin su problemləri və bu problemlərdən çıxış yolları haqqında fikir mübadiləsi aparıblar.

 

Seminarda ekspert qismində ARDNŞ-nin Ekologiya İdarəsinin rəis müavini Əflatun Həsənov iştirak edib. Mütəxəssis seminar iştirakçılarına bu problemin əhəmiyyəti və miqyası haqqında geniş məlumat verib, gəncləri bu sahədə diqqətli olmağa çağırıb.

 

Bundan əlavə, ekspert son illərdə ölkəmizdə və dünyada bu problemin aradan qaldırılması üçün görülən işlər haqqında gəncləri məlumatlandırıb və seminar iştirakçılarının mövzu ilə əlaqəli müxtəlif suallarını cavablandırıb.

 

Qeyd edək ki, IDEA kampaniyası bu cür maarifləndirici layihələri mütəmadi olaraq həyata keçirir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul