24 Aprel 2014

"Eko Ev" layihəsi çərçivəsində həftənin liderləri bəlli oldu

 

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.az xəbər portalı ilə birgə həyata keçirdiyi “Eko ev” layihəsi çərçivəsində səsvermə mərhələsi davam edir. Bu mərhələdə ən çox səs toplamış Süsən Abbasova, Şamil Hüseynov və Khayal Hex adlı istifadəçi bu həftənin liderləri arasında yer alırlar.

 

Beləliklə, mayın 15-i saat 14:00-a qədər keçiriləcək səsvermənin yekununda 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə alacaq.

 

İkinci mərhələdə isə ən çox səs toplamış 10 eskiz müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

 

Seçilən ilk üç eskizin müəllifləri müvafiq olaraq 3000, 2000 və 1000 AZN məbləğində pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, birinci və ikinci yerin sahibləri ölkənin aparıcı inşaat şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcəklər.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul