06 İyun 2014

"Eko Ev" layihəsinin qalibləri bəlli olub

 

IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin Day.Az xəbər portalı ilə birgə həyata keçirdiyi “Eko ev” layihəsi yekunlaşıb.

 

Müsabiqənin birinci turunda www.idea.day.az internet səhifəsi üzərindən keçirilmiş səsvermənin yekunu olaraq 10 ən yaxşı eskiz müsabiqənin ikinci mərhələsinə vəsiqə alıb. İkinci mərhələdə isə bu eskizlər müsabiqənin münsiflər heyəti tərəfindən qiymətləndirilib və ən yaxşı üç eskiz seçilib. Layihənin qalibləri KhayalHex, Zəkəriyyə və Əli Məmmədov adlı iştirakçılar müəyyən olunub.

 

Müsabiqənin qaydalarına əsasən, qalib eskizlərin müəllifləri pul ilə mükafatlandırılacaqlar. Bundan əlavə, birinci, ikinci və üçüncü yerin sahibləri ölkənin qabaqcıl tikinti şirkətlərindən birində təcrübə keçmək imkanı əldə edəcək.

 

Nəzərinizə çatdıraq ki, layihə çərçivəsində enerji istehlakını azaldan, tullantıları utilizasiya edən və s. ekoloji amilləri nəzərə alan, ekoloji cəhətdən təmiz evlərin eskizlərinin hazırlanması nəzərdə tutulmuşdur.

 

Qeyd edək ki, fevral ayının 3-dən start götürən layihəyə ümumlikdə 20-yə yaxın dizayn işi təqdim edilmişdir.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul