19 Oktyabr 2015

“Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçirilmişdir

17 oktyabr tarixində IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün ekoloji laboratoriya” layihəsi çərçivəsində IDEA-nın Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində növbəti, sayca onuncu təlim keçirilmişdir. Laboratoriyanın oktyabr təlimi ekoloji təmiz və sağlam qidaya həsr olunmuşdur.          

                

Təlim zamanı uşaqlara sağlam və orqanik qida məhsullarının becərilməsi, zərərvericilərlə mübarizə, bitkilərə gübrə verilməsi, onların suvarılması və s. barədə geniş məlumat verilmiş, həmçinin onlara ərzaqların ekoloji cəhətdən təmiz olduğunu necə müəyyən edə biləcəkləri izah olunmuşdur.

 

Oktyabr laboratoriyası uşaqlara maraqlı və əyləncəli gün bəxş etməklə yanaşı, həm də ekoloji cəhətdən təmiz qidanın insan sağlamlığı üçün əhəmiyyətini kiçik yaşlardan dərk etmələri baxımından mühüm töhfə vermişdir.

 

Təlimin sonunda IDEA İctimai Birliyi və “Sevimli Bala” təşkilatı iştirakçılara xatirə hədiyyələri təqdim etmişdir.

 

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunan “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirakla bağlı IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaq xahiş olunur.

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul