29 Noyabr 2011

Gənc ekoloqlar Qəbələdə beynəlxalq düşərgədə Bəyannamə qəbul ediblər

 

Qəbələdə IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyası təşkilatçılığı ilə “Ekoloji idarəçilikdə gənclərin rolu: bu gün və sabah” devizi altında keçirilən gənc ekoloqların beynəlxalq düşərgəsinin sonunda Qəbələ Bəyannaməsi qəbul edilib.

 

Bəyannamədə deyilir:


“Biz, dünyanın 35 ölkəsinin gəncləri yaranmaqda olan ətraf mühit problemlərinin təhlükələrindən xəbərdarıq. Hesab edirik ki, hazırkı qlobal iqtisadi modellər ətraf mühitə mənfi təsir göstərir və əvəzolunmaz təbii resursları məhv edir. Biz gənclərin qlobal ətraf mühitlə harmoniya yaratmaq gücünə inanırıq”.


Bəyannamədə gənclər dünyanın bütün ölkələrində yaşayan insanları və liderləri təhlükəsiz gələcək naminə aşağıdakı prinsipləri qəbul etməyə çağırırlar:


“Yaranan problemə görə hər kəsin fərdi məsuliyyəti öz üzərinə götürməsi; Gələcəkdə təhlükəsiz, daha az karbon olan dünyada yaşamaq hüququna hörmət edilməsi; Daha çox qarşılıqlı anlaşmanın tələb edilməsi; Gənclərin səsinin eşidilməsi; Şəxsi öhdəlik”.


Xatırladaq ki, dünyanın 35 ölkəsindən 100-dən çox gənc ekoloqun iştirak etdiyi düşərgənin keçirilməsinin məqsədi regionda və dünyada inkişaf etməkdə olan müxtəlif ekoloji qruplar və hərəkatlar arasında əməkdaşlıq və təşkilatlanma vasitəsilə işgüzar əlaqələrin qurulmasına töhfə vermək, gənc ekoloqların təmsil etdikləri regionların ictimai həyatında fəal iştirakını təmin etmək, onların öz icmalarında rolunu gücləndirmək və ekoloji maarifləndirmə prosesini həyata keçirmək üçün gəncləri səfir olmağa təşviq etməkdir.

 

IDEA haqqında daha çox xəbər
7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub.
“Ümumrespublika Yaşıllaşdırma” marafonu 5 noyabr 2014-cü il tarixində Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri…
"Ağacların kəsilməsinə yox" proqramı Heydər Əliyev fondu və IDEA İctimai Birliyi ilə birlikdə həyata keçirilməkdədir.

Bİzə qoşul