Tamamlanmış layihələr

Hər kağızı bir yarpağa dəyişək

Giriş

“Hər kağızı bir yarpağa dəyişək” layihəsi IDEA İctimai Birliyinin, ASAN xidmət və “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə həyata keçirilmişdir.

Təsvir və Konsepsiya

Layihə çərçivəsində “ASAN xidmətin” 1, 2, 3 saylı mərkəzlərində konteynerlər və qəbul olunan kağızların çəkilməsi, o cümlədən qeydiyyata alınması üçün xüsusi masalar yerləşdirilmişdir. Layihə çərçivəsində müxtəlif dövlət və özəl müəssisələrlə əməkdaşlıq həyata keçirilir, beləliklə də motivasiya xarakteri daşıyan rəqabət vasitəsilə yığılan kağızların miqdarının artırılmasına çalışılır.

 

Layihə çərçivəsində dövlət qurumları, özəl təşkilatlar və ya sadə vətəndaşların istifadə olunmuş kağızları Bakı şəhərindəki ASAN xidmət mərkəzlərinin qarşısında quraşdırılmış məntəqələrə təhvil verməsi nəzərdə tutulub. Burada təhvil verilmiş kağızlar xüsusi konteynerlərdə toplanılır və onların qeydiyyatı aparılır. 

 

Təhvil verilmiş hər 50 kq kağız qarşılığında bir ədəd ağac alınacaq. Ağacların kağız təhvil verən qurumların iştirakı ilə Bakı şəhəri ərazisində əkilməsi planlaşdırılır.

 

Layihənin həyata keçirilməsində əsas məqsəd cəmiyyətin ekoloji problemlərlə mübarizədə bütün təbəqələrinin iştirakını təmin etmək və onları bu işə cəlb etmək, real ekoloji layihələr vasitəsilə insanlar arasında maarifləndirmə işini effektiv şəkildə artırmaq və ekoloji mühitə dəyən zərəri minimuma endirmək məqsədilə tullantıların düzgün istifadəsini təşkil etməkdir.

 

İstifadə olunmuş kağızların qəbulu işinə 2014-cü il fevralın 3-dən etibarən start verilmişdir.

 

IDEA Kampaniyası haqda xəbərlər:

Bİzə qoşul